Yayım, PR və Media İstehsalat Agentliyi olan Beylimedia şirkəti 2015-ci ildə Moskvada fəaliyyətə başlayıb. Hazırda Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan ofislərində çalışan böyük media komandası ilə bir çox uğurlu layihələrə imza ataraq, özəl şirkətlərin, həmçinin dövlət qurumlarının Qlobal Media Tərəfdaşı olmağa davam edir. Azərbaycan başda olmaqla 54 fərqli ölkədə PR və TV yayım edə bilən Beylimedia şirkəti, yayımladığı reklam məhsullarına kreativ və viral çəkilişlər edərək şirkətlərin daha çox müştəri qazanmasına və satışlarının artmasına kömək edir. Şirkətimiz operativ xidmət və fərdi yanaşma prinsipi ilə partnyor şirkətlərin tez bir zamanda öz məqsədlərinə çatmasına dəstək olur. Öz kateqoriyasında peşəkar olan komandamız, gördüyü işlərlə partnyor şirkətlərin media həllərini sürətli və yaradıcı şəkildə təmin edir.