Təklif etdiyimiz bu xidmətlə brendinizin 100-dən çox kanalda yerli və beynəlxalq kütləvi informasiya vasitələrində reklam edilməsi, haqqınızda xəbər sujetlərinin yayımlanmasına nail olacaqsınız. 54 ölkədə yayım edə bilən Beylimedia uğurlu media planlama və starteji hədəfləmə ilə brendinizi dünya bazarına tanıda bilir. Bu sayədə yerli və xarici auditoriyada tanınıb, məhsul və ya xidmətinizin qlobal səviyyədə PR-nı həmçinin satışını həyata keçirərək şirkət qazancını dəfələrlə artıra bilərsiniz.
44 günlük Vətən müharibəsi
44 günlük Vətən müharibəsi dövründə “Beylimedia” komandası olaraq biz də media cəbhəsində savaşdıq.
Azərbaycanın həqiqətlərini, düşmənin məğlubiyyətini və ordumuzun zəfərini İngiltərə, Rusiya, Qazaxıstan, Türkiyə, Qətər, Misir, Braziliya və Bolqarıstan mediasına çatdırdıq. Həmçinin Gəncə, Bərdə və Tərtərdə baş vermiş terror hadisələrini xarici televiziya kanalları, xəbər saytları və qəzetlərdə yaymaqla ölkəmizə dəstək olmağı özümüzə borc bildik. “Beylimedia” komandası müharibə dövründə Azərbaycanın haqq səsini dünyanın bir sıra ölkələrində 127 MİLYONLUQ izləyici auditoriyasına çatdırmağı bacarıb.