İnternet istifadəçilərinin sürətlə artması, internetə çıxışın asanlaşması və e-ticarətin hər keçən gün sürətlə böyüməsi firmaları rəqəmsal marketinq fəaliyyətlərinə yönəldir. Sizin onlayn platformalar üzərindəki varlığınız potensial müştərilər haqqında məlumatlar verə bilər ki: “Onlar nə istəyirlər?” və “İstədiklərini onlara necə vermək olar?” Rəqəmsal marketinq, uyğun reklamlarla uyğun müştəriləri hədəf almaq imkanı verir.

Təklif etdiyimiz Rəqəmsal Marketinq xidmətləri

Vebsaytların qurulması və təkmilləşdirilməsi

Şirkətiniz üçün funksional veb saytın hazırlanması;
AZ, RU, EN dillərində “interface”-in hazırlanması;
Həm kompüter, həm də mobil telefonlara uyğun dizaynın formalaşdırılması;
Kontent idarəetmə sistemi üçün modulun yaradılması;
Müştərilərin onlayn müraciəti üçün əlaqə modulunun hazırlanması;
Veb saytın bütün sosial media hesablarınız ilə inteqrasiya olunması.